...

Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Azərbaycana səfər edəcək

Energetika Materials 31 May 2012 21:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend müxbir E. Tarıverdiyeva/

Gürcüstan səfirliyindən Trend-ə verilən məlumata görə, Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri Azərbaycana 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas 2012") sərgi və konfransı açılışına gələcək.

Xəzər regionunun neft-qaz sənayesi sahəsində əlamətdar hadisə olan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı 5-8 iyun tarixlərində "Bakı Ekspo" mərkəzində keçiriləcək.

Bir sıra dövlət başçıları isə hər il sərgiyə öz təbrik məktublarını göndərirlər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin hər il təntənəli şəkildə keçirilən rəsmi açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu xüsusi şəkildə vurğulayır. Ənənəvi olaraq, "Caspian Oil and Gas" sərgisi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstəklənir. Bu il sərgidə dünyanın 32 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti