...

ARDNŞ iki il ərzində Azərbaycanın bir sıra şəhərlərinin abunəçilərini smart-sayğacla təmin edəcək

Energetika Materials 11 İyun 2012 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

Yaxın iki il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) Bakı, Gəncə, Ağsu, Sumqayıt, Hacıqabul, Naftalan və ətraf ərazilərdəki əhali qrupu arasında bütün abunəçilərin qabaqcadan ödəniş sistemi (smart-kartlardan istifadə etməklə) üzrə işləyən qaz sayğacları ilə təmin edilməsini başa çatdıracaq. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.

Məlumata əsasən, yaxın 4 il ərzində Azərbaycanın rayon mərkəzlərində və şəhərlərində 400 mindən çox smart-kartın quraşdırılması planlaşdırılır.

"İyunun 1-dək əhali qrupu arasındakı abunəçilər 371 749 ədəd smart-sayğacla təmin edilib. O cümlədən, 2011-ci ildə bu göstərici 139 524 ədəd təşkil edib", - İB-dən qeyd ediblər.

Hazırda Azərbaycanda təbii qaz üzrə abunəçilərin sayı 1,41 milyon nəfər təşkil edir, onlardan 1,39 milyondan çoxu əhali qrupundan olan abunəçilərin payına düşür, qalan hissəni isə digər abunəçilər təşkil edir.

Azərbaycan əhalisinin 100 faizi sayğaclarla (həm mexaniki tipli, həm də smart-sayğaclarla) təmin edilib.

Xəbər lenti

Xəbər lenti