...

Bakı və bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 12 İyun 2012 11:43 (UTC +04:00)
Bu gün Bakı və bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakı və bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakı və bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar 12 iyun 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Yeni Yevlax-2" (Cırdaxan), "Quba", "Digah", "Zirə-3", "Şimal DRES" və "Mərdəkan bağları" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Yevlax şəhərinin bir hissəsi, həmçinin rayonun Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqıraqlı, Boşçalı kəndləri, Quba şəhəri, Bakının Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Zirə, Sabunçu rayonunun isə Pirşağı, Nardaran və Bilgəh yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti