...

Yanvar-may aylarında "Şəki" ES təqribən 130 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Energetika Materials 27 İyun 2012 13:25 (UTC +04:00)
Yanvar-may aylarında "Şəki" elektrik stansiyası 129,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Yanvar-may aylarında "Şəki" ES təqribən 130 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir E. İsmayılov/

Yanvar-may aylarında "Şəki" elektrik stansiyası 129,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji"nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, mayda stansiyada təqribən 24,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində tikilən "Şəki" elektrik stansiyası ölkənin şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təchizatında mühüm yer tutur.

87 meqavatt gücü olan stansiya 10 aqreqatdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti