...

Azərbaycan neftinin qiymətləri: 9-13 iyul həftəsinin yekunları

Energetika Materials 14 İyul 2012 12:38 (UTC +04:00)
9-13 iyul həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 102,01 dollar/barelə yaxın olub ki, bu da ötən həftədəki qiymətdən təqribən 1,23 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 9-13 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir E. İsmayılov/

9-13 iyul həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 102,01 dollar/barelə yaxın olub ki, bu da ötən həftədəki qiymətdən təqribən 1,23 dollar çoxdur.

Trend-in məlumatına görə, 9-13 iyul həftəsində AZERI LT-nin qiyməti maksimum 104,59, minimum isə 101,1 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

9-13 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 99,13 dollar/bareldən çox olub ki, bu da ötən həftənin göstəricisindən 1,38 dollar çoxdur.

9-13 iyul həftəsində URALS-ın qiyməti maksimum 101,59, minimum isə 98,16 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

9-13 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 100,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,88 dollar çoxdur.

"Brent Dated"in maksimum qiyməti 102,4, minimum isə 99,13 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti