...

Azərbaycanda yeni iri elektrik stansiyası tikiləcək

Energetika Materials 17 İyul 2012 18:51 (UTC +04:00)
Finlandiyanın "Wärtsilä" şirkəti Bakıda 384 meqavatt gücündə yeni modul elektrik stansiyası tikəcək.
Azərbaycanda yeni iri elektrik stansiyası tikiləcək

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbirlər E.İsmayılov, A.Bədəlova/

Finlandiyanın "Wärtsilä" şirkəti Bakıda 384 meqavatt gücündə yeni modul elektrik stansiyası tikəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, yeni elektrik stansiyası Böyük Şor qəsəbəsində yerləşəcək. Modul elektrik stansiyasının yığılması "Azərenerji" SC (elektrik enerjisinin istehsalı və paylanması) üçün həyata keçiriləcək.

Yeni elektrik stansiyasının 2013-cü ilin payızında istismara verilməsi planlaşdırılır. Stansiya qazla işləyəcək, əldə olunan elektrik enerjisi isə Bakı elektrik şəbəkəsinə tədarük olunacaq. Stansiya 21 blokdan ibarət olacaq.

Məlumata görə, Azərbaycanda yeni stansiyanın tikintisi layihəsi şirkətin ən iri sifarişidir.

Şirkət Azərbaycanda 1990-cı illərin ortalarından çalışır və artıq ölkədə ümumi gücü 860 meqavatt olan yeddi elektrik stansiyası tikib.

Xəbər lenti

Xəbər lenti