...

Azərbaycanda 2011-ci il üzrə atmosfer emissiyalarının inventarlaşdırılması prosesi başa çatdırılıb

Energetika Materials 26 İyul 2012 17:47 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsinin 2012-ci il üzrə illik iş proqramına uyğun olaraq, İdarə şirkətin struktur bölmələrində, Əməliyyat Şirkətləri (ƏŞ) və Birgə Müəssisələrdə (BM) 2011-ci il üzrə atmosfer emissiyalarının inventarlaşdırılmasını başa çatdırıb.
Azərbaycanda 2011-ci il üzrə atmosfer emissiyalarının inventarlaşdırılması prosesi başa çatdırılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsinin 2012-ci il üzrə illik iş proqramına uyğun olaraq, İdarə şirkətin struktur bölmələrində, Əməliyyat Şirkətləri (ƏŞ) və Birgə Müəssisələrdə (BM) 2011-ci il üzrə atmosfer emissiyalarının inventarlaşdırılmasını başa çatdırıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, inventarlaşdırmanın məqsədi ARDNŞ-nin, ƏŞ və BM-in istehsal sahələrində istilik effekti yaradan qazların və zərərli maddələrin mənbələri haqqında toplanmış məlumat bazasının yenilənməsi, atmosfer emissiyalarının kəmiyyət və keyfiyyət göstəricilərinin təyini, həmçinin aparılmış tədqiqat nəticəsində enerji səmərəliliyinə, enerjiyə qənaət məqsədi daşıyan potensial layihələri müəyyən edərək təkliflərin hazırlanmasından ibarətdir.

İnventarlaşdırma nəticəsində karbon qazı və metan, həmçinin çirkləndirici tullantılar - bərk hissəciklər, karbon oksidi, azot oksidləri, karbohidrogenlər, uçucu üzvü birləşmələr və digər spesifik atılmaların miqdarı hesablanıb, bir sıra maddələrin atılmasının əvvəlki illərlə müqayisəsi aparılıb və atılmaların azaldılması üzrə təkliflər verilib.

İnventarlaşdırma zamanı ilk dəfə olaraq quruda yerləşən və "Azneft" İB tərəfindən işlənilən bir sıra yataqlarda quyuların boruarxası fəzalarından çıxan qazların həcmləri instrumental ölçmələr vasitəsilə təyin olunub ki, bu da inventarlaşdırma prosesində səmt qazı atılmalarının həcminin dəqiqləşdirilməsinə imkan yaradıb.

Xəbər lenti

Xəbər lenti