...

ARDNŞ Ukraynda 26 yanacaqdoldurma stansiyası və neft bazası əldə edəcək

Energetika Materials 8 Avqust 2012 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

"SOCAR Energy Ukraine" MMC "Атиква Эстейт" MMC-nin ("Atikva Esteyt") 26 avtomobil yanacaqdoldurma məntəqəsini (YDM) və neft bazasını əldə edəcək. "Калина" qrupunun ("Kalina") biznes aktivlərinin bir hissəsi "Атиква Эстейт"ə məxsusdur. Bu barədə çərşənbə günü Trend-ə "SOCAR Energy Ukraine"dan məlumat verilib.

"Həm Ukrayna neft məhsulları bazarının digər iştirakçılarının, həm də ARDNŞ-nin Ukrayna bölməsinin inkişafının formalarından biri korporativ aktivlərin əldə edilməsidir. Yəni digər müəssisələrin əldə edilməsi və ya birləşdirilməsidir", - məlumatda deyilir.

Bununla əlaqədar hazırlıq işlərinin aparılması nəticəsində "SOCAR Energy Ukraine" Ukrayna Antiinhisar Komitəsi tərəfindən "Атиква Эстейт" MMC-nin nizamnamə kapitalında 50 faizdən çox pay əldə etmək üçün icazə alıb.

Mövcud sövdələşmənin başa çatmasından sonra "SOCAR Ukraine" MMC-nin korporativ nəzarət qrupunun sahəsinə 26 YDM (Odessa, Nikolayev, Poltava, Çerkass, Jitomir, Xarkov vilayətlərində) və Xarkov vilayətindəki neft bazası keçəcək.

"SOCAR Ukraine" qrupu ARDNŞ-nin YDM-lərinin korporativ standartlarına uyğun olaraq gələcəkdə qeyd edilən aktivlərin adlarının dəyişdirilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti