...

Rövnəq Abdullayev: ARDNŞ-yə xeyli sayda mütəxəssis lazım olacaq

Energetika Materials 6 Sentyabr 2012 18:20 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iri layihələrinin reallaşdırılması üzrə planlar iş yerlərinin sayının və gənc mütəxəssislərə tələbatın artmasına gətirib çıxaracaq.
Rövnəq Abdullayev: ARDNŞ-yə xeyli sayda mütəxəssis lazım olacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iri layihələrinin reallaşdırılması üzrə planlar iş yerlərinin sayının və gənc mütəxəssislərə tələbatın artmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev Dövlət Şirkətinin təşkil etdiyi yay məktəbinin iştirakçıları ilə görüşündə deyib.

Abdullayevin sözlərinə görə, ARDNŞ Azərbaycanda neft-qaz və neft-kimya məshullarının emalı üzrə yeni kompleks, oxşarı Gürcüstanda inşa ediləcək Sumqayıtda karbamid istehsalı zavodunun yaradılması kimi yeni layihələrin həyata keçirilməsini planlaşdırır ki, bu da xeyli sayda iş yerlərinin açılması deməkdir.

O qeyd edib ki, Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağının ikinci fazasının işlənməsinin reallaşdırılmasına çıxış ərəfəsindədir. Bu, 28 milyard dollar həcmində investisiyanı və təqribən 20 min iş yerinin açılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, xaricdə, o cümlədən Türkiyə, Gürcüstan və Avropada layihələrin reallaşdırılması əlavə iş yerlərinin açılması və mütəxəssislərə ehtiyacın olması deməkdir.

Xəbər lenti

Xəbər lenti