Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/
Şəki Elektrik Stansiyası cari ilin 8 ayı ərzində 201 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, stansiyada cari ilin avqust ayında 23,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.