...

Elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları aşkar edilib

Energetika Materials 20 Sentyabr 2012 14:32 (UTC +04:00)
Ötən ay "İmişli Elektrik Şəbəkəsi"nin xidməti ərazisində keçirilmiş reydlər zamanı 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.
Elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Ötən ay "İmişli Elektrik Şəbəkəsi"nin xidməti ərazisində keçirilmiş reydlər zamanı 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 53,6 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 3,2 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğdən əlavə, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 714 qayda pozuntusu aktı tərtib olunub. Nəticədə 2 milyon 413 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 144,7 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti