...

ARDNŞ Ukraynada yeni yanacaqdoldurma məntəqələrini istismara verib (FOTO)

Energetika Materials 20 Sentyabr 2012 16:19 (UTC +04:00)
Ukraynanın Çerkassk vilayətində SOCAR brendi altında iki avtomobil yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib.
ARDNŞ Ukraynada yeni yanacaqdoldurma məntəqələrini istismara verib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

Ukraynanın Çerkassk vilayətində SOCAR brendi altında iki avtomobil yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukrayna nümayəndəliyində məlumat verilib.

Məlumata görə, YDM-lər Kiyev-Odesa avtomobil yolu boyunca Umansk rayonunun Şarin və Ropotuxa kəndlərində istismara verilib.

Məntəqələr Ukraynanın mərkəzi regionunda ARDNŞ-nin YDM şəbəkələrini idarə edən "Аstral Servis" MMC tərəfindən istismara verilib.

Hazırda Ukraynada ARDNŞ-nin 32 YDM-i Odessa, Lvov, Nikolayevsk, Rovensk, Kiyev, Çerkassk vilayətlərində və Kiyev şəhərində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti