...

Azərbaycan EITI çərçivəsində 2013-cü il üzrə fəaliyyət planını təsdiqləyib

Energetika Materials 3 Oktyabr 2012 13:54 (UTC +04:00)
Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsü (EITI) üzrə çoxtərəfli qrup 2013-cü il üzrə fəaliyyət planını təsdiqləyib.
Azərbaycan EITI çərçivəsində 2013-cü il üzrə fəaliyyət planını təsdiqləyib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsü (EITI) üzrə çoxtərəfli qrup 2013-cü il üzrə fəaliyyət planını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, plan çoxtərəfli qrupun iclası zamanı təsdiqlənib. Habelə iclasda Bakıda Azərbaycanın təşəbbüsə qoşulmasının on illiyi ilə əlaqədar EITI üzrə beynəlxalq konfransın keçirilməsi məsələsi, Sidneydə EITI-nin altıncı qlobal konfransı çərçivəsində milli sərgiyə hazırlıq və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti