...

ARDNŞ prezidenti: Gürcüstan rəhbərliyi ARDNŞ-nin fəaliyyəti üçün hər cür imkan yaradacaq

Energetika Materials 24 Oktyabr 2012 14:39 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyətinə və layihələrinə heç nə təhlükə törətmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
ARDNŞ prezidenti: Gürcüstan rəhbərliyi ARDNŞ-nin fəaliyyəti üçün hər cür imkan yaradacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyətinə və layihələrinə heç nə təhlükə törətmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, beynəlxalq şirkət olan ARDNŞ müvafiq saziş və müqavilələrə, beynəlxalq standartlara və qanunvericiliyə uyğun olaraq digər ölkələrdə fəaliyyət göstərir ki, bu da öz növbəsində investisiyaların qorunmasını təmin etməyə imkan verir.

Gürcüstanda investisiyaların qorunması haqqında qanun qüvvədədir və buna görə də ARDNŞ-nin bu ölkədə investisiyalarına heç nə təhlükə törətmir.

Abdullayevin sözlərinə görə, ARDNŞ-nin Gürcüstandakı investisiyalarının həcmi təqribən 1 milyard dollar təşkil edir.

Abdullayev vurğulayıb ki, şirkətin Gürcüstanın yeni hökuməti ilə problemi yoxdur. Yeni rəhbərlik artıq Azərbaycana hörmətini, habelə Azərbaycan şirkətlərinin ölkədə fəaliyyətinə və investisiyalarına dəstəyini bildirib.

Yeni hökumətin formalaşdırılması başa çatdıqdan sonra ARDNŞ-nin Gürcüstanda fəaliyyəti üçün bütün imkanlar və güzəştli şərait yaradılacaq.

"Buna görə də şirkətin Gürcüstandakı fəaliyyətində heç bir problem yoxdur", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti