...

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 5 Noyabr 2012 13:01 (UTC +04:00)
Yanvar-oktyabr aylarında "Azərenerji" ASC təqribən 17,5 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib.
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-oktyabr aylarında "Azərenerji" ASC təqribən 17,5 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 16 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 15,9 milyard kilovat-saata yaxını istilik elektrik stansiyalarının, qalan təqribən 1,6 milyard kilovat-saatdan çoxu isə su elektrik stansiyalarının payına düşüb.

Məlumata əsasən, oktyabrda "Azərenerji" 1,5 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib.

Bu dövr ərzində Rusiya, Türkiyə, Gürcüstan və İranla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti