...

"Mingəçevir SES Silsiləsi" 700 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 28 Noyabr 2012 15:09 (UTC +04:00)
"Mingəçevir SES Silsiləsi"ndə yanvar-oktyabr ayları ərzində 716 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
"Mingəçevir SES Silsiləsi" 700 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.İsmayılov/

Ümumi gücü 400 meqavatdan çox olan "Mingəçevir SES Silsiləsi"ndə yanvar-oktyabr ayları ərzində 716 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

O cümlədən, cari ilin oktyabr ayında 22,8 min kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Silsiləyə Mingəçevir və Varvara SES-lər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti