...

Macarıstan Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı hesab edir

Energetika Materials 5 Dekabr 2012 13:54 (UTC +04:00)
Macarıstan Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı hesab edir.
Macarıstan Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı hesab edir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir C. Nəsibova/

Macarıstan Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Macarıstanın Baş nazirinin Ofisinin baş katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Piter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstan tərəfi Nabukko qaz kəməri layihəsinin həyata keçirilməsində və Azərbaycan qazının bu marşrut vasitəsilə mərkəzi Avropaya tədarük edilməsində maraqlıdır.

"Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsi məsələsinə toxunan Siyarto deyib ki, bu layihənin inkişafı gözlənildiyi kimi sürətli templə getmir.

"Mövcud layihənin həyata keçirilməsi tempinin sürətlənməsi bilavasitə iştirakçı ölkələrdən asıldır" , - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti