...

Azərbaycan Enerji Xartiyası Konfransında təmsil olunub

Energetika Materials 18 Dekabr 2012 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Varşava şəhərində Enerji Xartiyası Konfransının 23-cü görüşü keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və SEN-in İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev təmsil edib.

Nazir Natiq Əliyev tədbir çərçivəsində keçirilmiş "Qlobal Enerji İdarəçiliyinə Tələbat və Enerji Xartiyasının Potensialı" adlı Nazirlər Konfransında çıxış edib. Çıxış zamanı tədbir iştirakçılarına Azərbaycanın enerji potensialı, enerji siyasəti, qonşuları ilə həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyinə töhfə vermək imkanları barədə ətraflı məlumat verilib.

Ramiz Rzayev Enerji Xartiyasının alt qurumu olan İnvestisiya Qrupunun sədr müavini seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti