...

Azərbaycanda bir neçə yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 22 Dekabr 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Lerik rayonunun və Mingəçevir şəhərinin bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə şənbə günü keçirilmiş tədbirlərdə bildirilib ki, Lerik rayonunun Piran, Hamarmeşə, Ambu, Rvarud və Andurma kəndlərinin ilk dəfə olaraq təbii qazla təchizatı üçün bütün tikinti-quraşdırma işləri başa çatdırılıb. 192 abonenti olan Piran kəndinin qazlaşdırılması üçün 18 500 metr polietilen, 2170 metr metal borularla, 61 abonenti olan Hamarmeşə kəndinin qazlaşdırılması üçün 12 955 metr polietilen, 1107 metr metal borularla, 74 abonenti olan Ambu kəndinin qazlaşdırılması üçün 1800 metr polietilen, 4470 metr metal borularla, 106 abonenti olan Rvarud kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8595 metr polietilen, 8100 metr metal, 71 abonenti olan Andurma kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4000 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac quraşdırılıb.

Piran kəndində QSQO-35 tipli qaztənzimləyici, Hamarmeşə və Ambu kəndlərində qaztənzimləyici şkaflar, Rvarud və Andurma kəndlərində isə abonentlərin sayına uyğun fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Mingəçevir şəhərinin Şəfəq, Şəfa, Gülşən, Gülüstan yaşayış məntəqələrinin, H.Əliyev prospekti - 1,2,3 dalanlarının və Məcburi köçkün yaşayış məntəqəsinin ilk dəfə olaraq qazlaşdırılması münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, 647 abonenti olan Şəfəq, Şəfa, Gülşən, Gülüstan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 27 757 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 53 ədəd siyirtmə, 220 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, 412 abonenti olan Məcburi köçkün yaşayış məntəqəsinin qazlaşdırılması üçün 578 metr polietilen, 8536 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 417 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, H.Əliyev prospektindəki 30 abonenti olan 3 dalanın qazlaşdırılması üçün isə 414 metr metal, 2380 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 5 ədəd siyirtmə, 30 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti