...

Azərbaycan neftinin qiymətləri: 7-11 yanvar həftəsinin yekunları

Energetika Materials 12 Yanvar 2013 14:39 (UTC +04:00)
7-11 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,06 dollar
Azərbaycan neftinin qiymətləri: 7-11 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.İsmayılov/

7-11 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,06 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin qiymətindən 0,06 dollar/barel azdır.

Trend-in məlumatına görə, 7-11 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 114,82, minimum isə 112,51 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

7-11 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 109,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,32 dollar/barel çoxdur.

7-11 yanvar həftəsində URALS-ın qiyməti maksimum 110,11, minimum isə 107,82 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

7-11 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 112,41 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,5 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 113,27, minimum isə 110,31 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti