Azərbaycan, Bakı, 14 yanvar /Trend/
2012-ci ilin dekabr ayı ərzində 2 513 505 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 647 563 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 299 005 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il yanvar ayının 1-ə qədər Ceyhan limanından 203 milyon 317 min 33 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.