...

Daha 3 kəndə təbii qaz verildi

Energetika Materials 30 Yanvar 2013 15:46 (UTC +04:00)
Yanvarın 30-da Sabirabad rayonunun Mürsəlli və Şıxlar, Saatlı rayonunun Qıraqlı kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilib.
Daha 3 kəndə təbii qaz verildi

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 30-da Sabirabad rayonunun Mürsəlli və Şıxlar, Saatlı rayonunun Qıraqlı kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasimlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonunun Mürsəlli və Şıxlar kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 349 abonenti olan Mürsəlli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 41 128 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 349 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 152 abonenti olan Şıxlar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 16 390 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 152 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Qıraqlı kəndində keçirilmiş mərasimdə qeyd edilib ki, 820 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üzrə aparılmış tikinti-quraşdırma işləri qısa müddətdə həyata keçirilib, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 67 100 metr olan qaz xətləri çəkilib, 820 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti