...

Azərbaycanın Trans-Xəzər qaz kəməri üzrə mövqeyi Rusiyada sual doğurmur - səfir

Energetika Materials 6 Fevral 2013 17:02 (UTC +04:00)
Azərbaycanın Trans-Xəzər qaz kəmərinin çəkilməsi layihəsi üzrə mövqeyi Rusiyada heç bir sual doğurmur.
Azərbaycanın Trans-Xəzər qaz kəməri üzrə mövqeyi Rusiyada sual doğurmur - səfir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Trans-Xəzər qaz kəmərinin çəkilməsi layihəsi üzrə mövqeyi Rusiyada heç bir sual doğurmur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.

"Vəziyyət belədir ki, bu məsələ Xəzərin razılaşdırılmamış statusu üzrə danışıqların predmetidir. Burada Rusiya və İranın mövqeyi ondan ibarətdir ki, Trans-Xəzər qaz kəməri ekoloji ekspertizanın bütün Xəzəryanı dövlətlərlə razılaşdırıldığı zaman tikilə bilər. Habelə Azərbaycan, Qazaxıstan və Türkmənistanın mövqeyi mövcuddur və onlar hesab edirlər ki, ekoloji ekspertizanı yalnız hansısa konkret layihəyə cəlb olunmuş tərəflər təsdiqləməlidir. Biz hesab edirik ki, nə qədər ki Xəzəryanı dövlətlərin özləri bu məsələlər üzrə razılığa gəlməyiblər, hansısa konkret layihəyə başlamaq məqsədəuyğun olmazdı", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi tranzit ərazi verməkdən ibarətdir.

"Bu [mövqe] bizə aydındır və heç bir sual doğurmur. Ona görə də bizim Trans-Xəzər qaz kəməri üzrə Azərbaycanla toqquşduğumuza dair ehtimallar tamamilə yanlışdır", - Doroxin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti