...

"Azərikimya"da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Energetika Materials 6 Fevral 2013 18:21 (UTC +04:00)
“Kimya və neft-kimya texnologiyalarının aktual problemləri” adlı Beynəlxalq konfran­sa hazırlıqla bağlı "Azərikimya"da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
"Azərikimya"da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Kimya və neft-kimya texnologiyalarının aktual problemləri" adlı Beynəlxalq konfran­sa hazırlıqla bağlı "Azərikimya"da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı bu ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə "Azərikimya" İstehsalat Birliyi və Qafqaz Universitetinin, həmçinin dünyanın neft-kimya sahəsi üzrə bir çox nüfuzlu elm və təhsil mərkəzlərinin, tanınmış elm xadimlərinin və istehsalat rəhbərlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi-praktik konfransa hazırlıq və onun təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans zamanı dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndə­lərinin daha sıx elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin perspektiv inkişafı və yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələlərinin müzakirələrinin aparılması nəzərdə tutulmuşdur. Konfransda neft kimyasının nəzəri və praktiki məsələləri, fiziki və analitik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s. ilə bağlı müzakirələrin də aparılacağı gözlənilir.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç keçiriləcək bu genişmiqyaslı beynəlxalq tədbirlə bağlı görüləcək təşkilati işləri müzakirə edərək, fikir mübadiləsi aparmış, tədbirin bütün iştirakçılar üçün elmi-praktiki baxımdan daha səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürüblər.

Konfransda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Qafqaz Universitetinin, Bakı Dövlət Universitetinin, Türkiyənin Atatürk və Yıldız Texniki Universitetlərinin, "bp-Azərbaycan"ın və digər təşkilatların nümayəndələri, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş neft-kimya sahəsi üzrə tanınmış kimyaçı alimlər, neft-kimya istehsalatı rəhbərləri iştirak edəcəklər.

Konfrans üç gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti