...

Avropa İttifaqı: "Cənub qaz dəhlizi" layihəsi reallaşmağa yaxındır

Energetika Materials 20 Fevral 2013 13:26 (UTC +04:00)
Bu ili Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından vacib hesab etmək olar.
Avropa İttifaqı: "Cənub qaz dəhlizi" layihəsi reallaşmağa yaxındır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.İsmayılov/

Bu ili Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından vacib hesab etmək olar. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda Aİ-nin Energetika Məsələləri üzrə Baş Direktorluğunun rəhbəri Paola Abre Markes Azərbaycanla Aİ arasında energetika sahəsində anlaşma memorandumu çərçivəsində keçirilən müşavirə zamanı bildirib.

Markes öz fikrini onunla əsaslandırıb ki, 2013-cü ildə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarı, eləcə də Aİ-nin qaz tədarükü layihələri üzrə qərar qəbul ediləcək.

Onun sözlərinə görə, ötən il də tərəflər arasında energetika sahəsində əməkdaşlıq baxımından çox mühüm olub. Markes habelə "Trans-Anadolu" qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin imzalanması və həmin sənədin Azərbaycanla Türkiyə arasında ratifikasiya olunmasını mühüm hadisə adlandırıb.

Markesin dediyi kimi, 2006-cı ildə tərəflər arasında enerji dialoqu üzrə mühüm irəliləyişə nail olunub. Habelə Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi" layihəsi reallaşmağa yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti