Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:14-də yayılıb)
Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Transanadolu" qaz kəməri (TANAP) layihəsində pay alacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ARDNF bu iştirak payı əsasında layihədə dividendlər əldə edəcək. Hazırda Fondun TANAP layihəsində 51% həcmində pay çərçivəsində iştirak payının ölçüsünə baxılır ki, bunu da ARDNŞ özünə saxlamaq niyyətindədir.
"Dövlət Neft Fondunun layihədə neçə faiz payla iştirak edəcəyi hələ müəyyən edilməyib. Bu məsələ hazırda müzakirə mərhələsindədir", - Abdullayev bildirib.
Həmçinin, onun sözlərinə görə, Azərbaycan qazının Avropada uzunmüddətli alıcıları ilə danışıqlar aparılır. Martın sonunda danışıqlar əsas mərhələyə keçəcək.