...

Azərbaycan neftinin qiymətləri: 25 fevral - 1 mart həftəsinin yekunları

Energetika Materials 2 Mart 2013 13:25 (UTC +04:00)
Ötən həftə, 25 fevral - 1 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,78 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 25 fevral - 1 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 25 fevral - 1 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,78 dollar/barel azdır.

Trend-in məlumatına görə, 25 fevral - 1 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 117,89, minimum isə 113,93 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
25 fevral - 1 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,49 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 4,53 dollar/barel azdır.

25 fevral - 1 mart həftəsində URALS-ın qiyməti maksimum 111,03, minimum isə 106,51 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

25 fevral - 1 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 112,53 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 3,27 dollar/barel azdır.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 114,84, minimum isə 110,23 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti