Azərbaycan, Bakı, 29 mart /Trend/
"Qalmaz" yatağındakı 639 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə "Abşeron" Qazma İşləri İdarəsi tərəfindən II horizonta qazılmış quyu 1865-1821 metr intervaldan sutkada 250 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.