...

Bakı neft emalı zavodunda ilkin emal qurğusunun gücü artırılacaq

Energetika Materials 19 Aprel 2013 19:26 (UTC +04:00)
Heydər Əliyev adına Bakı neft emalı zavodundakı (BNEZ) mövcud ED-AVQ-6, katalitik riforminq, katalitik krekinq və tədrici kokslaşma qurğularının yenidən qurulması və təkmilləşdirilməsi planlaşdırılır.
Bakı neft emalı zavodunda ilkin emal qurğusunun gücü artırılacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodundakı (BNEZ) mövcud ED-AVQ-6, katalitik riforminq, katalitik krekinq və tədrici kokslaşma qurğularının yenidən qurulması və təkmilləşdirilməsi planlaşdırılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə zavodda işçi qrupu yaradılıb. Neftin ilkin emalı üzrə ED-AVQ-6 qurğusunun texniki-iqtisadi əsaslandırmasını aparmaq, yenidənqurma işlərinin həcmini qiymətləndirmək məqsədilə "Foster Wheeler Italiana" (FWI) şirkəti bu işlərə cəlb edilib. Şirkət işə 2013-cü ilin yanvar ayından başlayıb və artıq ilkin hesabatlarını təqdim edib.

Təqdimat zamanı FWI şirkətinin nümayəndələri məlumatların toplanması və simulyasiya prosesləri zamanı lazım olacaq xammal növündən istifadə olunması haqqında məlumat verib, ED-AVQ-6 qurğusunun işində bir neçə çatışmazlıq aşkar etdiklərini bildiriblər. Qeyd olunub ki, bunlar mövcud sobaların istilik gücünün kifayət qədər olmaması, kolonlarda daha məhsuldar boşqablardan istifadənin zəruri olması və istehsal olunan məhsulların temperaturlarına dəqiq nəzarətin təmin edilməsi kimi məsələlərdir. Bildirilib ki, cari ilin may-iyun ayları ərzində FWI tərəfindən ED-AVQ-6 qurğusunun yenidən qurulmasının yekun texniki-iqtisadi əsaslandırması təqdim ediləcək, bunun əsasında isə gələcək yenidənqurma işləri müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti