...

Bakı neft emalı zavodunda emal dərinliyi yüksək həddə çatdırılıb

Energetika Materials 23 Aprel 2013 18:09 (UTC +04:00)
H.Əliyev adına BNEZ-də emal dərinliyi yüksək həddə çatdırılıb.
Bakı neft emalı zavodunda emal dərinliyi yüksək həddə çatdırılıb

Azərbaycan, Bakı, 23 aprel /Trend/

H.Əliyev adına BNEZ-də emal dərinliyi yüksək həddə çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) fəaliyyətin optimallaşdırılması texnoloji qurğuların, xüsusilə, təkrar emal proseslərinə aid katalitik krekinq və tədrici kokslaşma qurğularının gücündən səmərəli istifadə olunmasına imkan yaradıb. Nəticədə emal prosesində əmələ gələn ağır və ucuz mazut resursunun qalıq komponentlərindən yüksək ödənişli neft məhsullarının istehsalını artırmaq mümkün olub. Belə ki, zavodda ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin emal dərinliyi 3,8% artırılıb və ilk dəfə olaraq rekord həddə - 92%-ə çatdırılıb.

Məlum olduğu kimi, emal sənayesində dərinliyin artırılması mühüm amillərdəndir. 2013-cü ilin birinci rübündə zavodda əmtəəlik neft məhsulları istehsalı üzrə plan 103,4% yerinə yetirilib. Zavodda istehsal proseslərinin yüksək səviyyədə idarə olunması məqsədilə mühüm tədbirlər həyata keçirilib, enerjinin, reagentlərin, kimyəvi təmizlənmiş suyun sərfinə nəzarət gücləndirilib, ilkin emaldan alınan açıq rəngli məhsulların çıxım faizi plan üzrə nəzərdə tutulduğundan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti