...

Bakı neft emalı zavodunun katalitik riforminq qurğusu təmir edilib

Energetika Materials 10 May 2013 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) katalitik riforminq qurğusu təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, katalitik riforminq qurğusunun 211 nömrəli hidrogenli kompressorunda avadanlıqların dəyişdirilməsi ilə bağlı aparılmış təmir işləri üçün lazım olan bütün avadanlıqlar əvvəlcədən sifariş olunaraq xaricdən gətirilib. Təmir-quraşdırma işləri bu sahədə böyük təcrübəyə malik "Tikinti-təmir-servis" MMC tərəfindən Almaniya və Fransadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilib.

Kompressorun arxa qapaqlarının bütün köhnəlmiş avadanlıqları yeniləri ilə əvəz olunub. Həmçinin, platforminq bölməsində BH-211, 212, 213, 214 sobaları təmir olunub, qurğunun sıradan çıxmış, yararsız hava və su xətləri dəyişdirilib, hidrotəmizləmə bölməsində DR-111 reaktorunun üst qat S-120 katalizatoru yenisi ilə əvəz olunub. Bundan əlavə, nasoslar və digər kompressorlar təftiş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti