...

Bakı neft emalı zavodunun 55 nömrəli qurğusunun bölməsində təmir işləri başa çatıb

Energetika Materials 15 May 2013 20:23 (UTC +04:00)
Heydər Əliyev adına Bakı neft emalı zavodunun katalitik krekinq üzrə 55 nömrəli qurğusunun 100-cü bölməsində əsaslı təmir işləri başa çatıb.
Bakı neft emalı zavodunun 55 nömrəli qurğusunun bölməsində təmir işləri başa çatıb

Azərbaycan, Bakı, 15 may /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun katalitik krekinq üzrə 55 nömrəli qurğusunun 100-cü bölməsində əsaslı təmir işləri başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qurğunun istismar müddətində ortaya çıxan bəzi nöqsanların aradan qaldırılması məqsədi ilə aparılan təmir işləri zamanı S-101, S-102 sobalarının daxilində yaranmış qüsurlar ləğv edilib, istilikdəyişdiricilərin 4 ədəd boru dəsti dəyişdirilib. Bu, texniki prosesin gedişinə müsbət təsir göstərəcək. Həmçinin, təmir dövründə HS-102/1 havasoyuducusunda 6 ədəd boru dəsti yenisi ilə əvəz olunub, uzun müddət istismarda olan N-102 nasos və elektrik mühərriki dəyişdirilib.

Təmir vaxtı, həmçinin T-101, T-102, T-104, T-105 tutumlarının daxili, eləcə də SD-102, 105 susoyuducularının boru dəstləri yuyularaq təmizlənib, QQ-103-də (qarışdırma qovşağı) olan 17,5 ton keramik kürələr boşaldılıb, ölçülərinə görə ələnib, təmizləndikdən sonra yerinə doldurulub. Bundan başqa, S-101 və S-102 sobalarının daxilində yaranmış qüsurlar ləğv edilib, qaz yanacaq şamları (forsunkalar) əsaslı təmir olunub, əlaqəli boru xətləri, hidrogen kompressoru maşınının giriş-çıxış kollektorları təmizlənib.

Hazırda 100-cü bölmə 300 m3/saat məhsuldarlıqla normal rejimdə istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti