...

"Bakı" İEM 185 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 27 May 2013 15:44 (UTC +04:00)
"Bakı" İstilik Elektrik Mərkəzi (İEM) yanvar-aprel aylarında 185 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.
"Bakı" İEM 185 milyon kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

"Bakı" İstilik Elektrik Mərkəzi (İEM) yanvar-aprel aylarında 185 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Elektrik stansiyası apreldə təqribən 33,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti