...

Riçard Morninqstar: Azərbaycan güclü dövlətdir və dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir

Energetika Materials 4 İyun 2013 19:27 (UTC +04:00)
İyunun 4-də Bakıda öz işinə başlayan XX Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransı ilə əlaqədar ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri birgə rəsmi qəbul təşkil edib.
Riçard Morninqstar: Azərbaycan güclü dövlətdir və dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

İyunun 4-də Bakıda öz işinə başlayan XX Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransı ilə əlaqədar ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri birgə rəsmi qəbul təşkil edib.

Trend-in məlumatına görə, qəbulda Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ABŞ-ın neft-qaz strategiyası dəyişməz olaraq qalır.

O, qeyd edib ki, ABŞ həmişə Azərbaycanın enerji resursları hasil edən güclü və müstəqil dövlətə çevrilməsini istəyib: "Artıq Azərbaycan güclü dövlətdir və dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verir".

Səfir qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünyada enerji təhlükəsizliyinə öz töhfəsini verir. Morninqstar onu da əlavə edib ki, Azərbaycan "Cənub Qaz Dəhlizi"ni genişləndirməklə dünyanın enerji təchizatına ikinci mühüm töhfə verməyə hazırlaşır.

Səfir vurğulayıb ki, bu, həm siyasi, həm də kommersiya baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycanı Avropa ilə birləşdirəcək mühüm kəmər olacaq: "Bu çox böyük imkan yaradacaq ki, ABŞ və Britaniya şirkətləri Azərbaycana investisiya qoysun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti