...

ARDNŞ Bakının qaz sisteminin yenidən qurulmasının maliyyələşdirilməsi yollarını axtarır

Energetika Materials 5 İyun 2013 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının və Abşeron yarımadasının qazpaylayıcı sisteminin yenidənqurma və modernləşdirilməsi layihəsinin maliyyələşdirmə mənbələrini axtarır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azəriqaz" İstehsalat Birliyinin (İB) rəhbəri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, maliyyələşdirmənin mənbələri müəyyənləşdirilən kimi layihənin həyata keçirilməsinə başlanacaq:

"Hazırda ARDNŞ səviyyəsində vasitələrin axtarışına dair işlər aparılır. Maliyyə mənbələri müəyyənləşdirilən kimi bu layihə çərçivəsində işlərə başlanacaq".

Layihəyə toplam olaraq 1,2 milyard avro həcmində investisiya lazım ola bilər və onun tamamilə xarici investisiyaların cəlb olunması hesabına həyata keçirilməsi planlaşdırılır. İşlərin başlamasından sonra yenidənqurma işləri ən azı üç il davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti