...

Bakının ətraf qəsəbələrinin qaz təchizatı yaxşılaşdırılır

Energetika Materials 20 İyun 2013 19:41 (UTC +04:00)
Bakının qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.
Bakının ətraf qəsəbələrinin qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bakının qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, hazırda Binəqədi rayonunun Binəqədi kəndində, dağın ətrafında yeni salınmış yaşayış massivinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

Sabunçu rayonunun Maştağa qəsəbəsi Savalan yaşayış massivində 2-ci və 5-ci kvartallar, M.Hüseynzadə küçəsində kanal istiqaməti və Subtropik sovxozu ərazisi, Bilgəh qəsəbəsi Zəfəran sovxozunun yeni yaşayış massivi, A.Salahzadə küçəsi ilə Ə.Şixlinski və M.Cəlal küçələri arasındakı ərazinin qazlaşdırılması tədbirləri də qeyd olunmalıdır.

Suraxanı rayonunun Hövsan Quşçuluq sovxozuna gedən yolun sol tərəfindəki yaşayış massivinin, Hövsan bağlarının şimal hissəsinin, Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsi və dəmir yolunun alt hissəsinin, Zığ qəsəbəsinin yeni yaşayış massivinin qazlaşdırılması işləri də davam etdirilir.

Həmçinin, Xəzər rayonunun Mərdəkan qəsəbəsi Əncirlik küçəsinin, Binə qəsəbəsinin "Atçılıq" adlanan hissəsində kanalın sağ tərəfindəki sahənin, Türkan qəsəbəsində "Maarif" bağçılıq-yoldaşlıq ərazisinin, Dənizkənarı və Sovxoz küçələrinin, Qala qəsəbəsində Daş karxanasına gedən yolun ətrafındakı və Zeytun sovxozunda məcburi köçkünlərin yaşadığı ərazinin, Şüvəlan qəsəbəsində "Mayak" və Çöl Şüvəlan məntəqələrinin, Dənizkənarı və Ş.Bayramov küçələrinin, Buzovna qəsəbəsində Neftçilər küçəsinin, Şağan qəsəbəsində Əzizbəyov küçəsinin qazlaşdırılmasını görülən işlərə misal göstərmək olar.

Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı-Salyan yolu ətrafında yeni salınmış yaşayış massivinin qazlaşdırılması, V.Ələkbərov küçəsindən S.Əsgərov küçəsinə kimi dairəvi qaz xəttinin tikintisi, Səngəçal qəsəbəsi Əzimkənd kəndində salınmış yaşayış sahəsinin və "Bağ evləri" deyilən ərazilərdə yaşayan əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə qaz xətlərinin yenidən qurulması, yeni qaz xətlərinin çəkilməsi və digər tikinti-quraşdırma işləri də davam etdirilir.

2013-cü ildə Bakı və ətraf qəsəbələrin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə işlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti