...

Şəkinin daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 26 İyun 2013 14:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günündə - iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qaz verilib.
Şəkinin daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günündə - iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qaz verilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 105 abonenti olan Baş Zəyzid kəndinin qazlaşdırılması məqsədilə ikipilləli sistem əsasında ümumi uzunluğu 15 625 metr olan müxtəlif diametrli metal borulardan ibarət daşıyıcı və məhəllədaxili qaz kəmərləri əsaslı təmir olunub, 105 sayğac quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti