...

"Azərikimya"nın Mexaniki-təmir zavodunun kollektivi ilin birinci yarısını uğurla başa vurub

Energetika Materials 11 İyul 2013 20:29 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Mexaniki-təmir zavodunun kollektivi ilin birinci yarısında Dövlət Neft Şirkətinin müəssisələrinin avadanlıqların təmiri və bərpası üzrə sifarişləri uğurla yerinə yetirmişdir.
"Azərikimya"nın Mexaniki-təmir zavodunun kollektivi ilin birinci yarısını uğurla başa vurub

Azərbaycan, Bakı, 11 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Mexaniki-təmir zavodunun kollektivi ilin birinci yarısında Dövlət Neft Şirkətinin müəssisələrinin avadanlıqların təmiri və bərpası üzrə sifarişləri uğurla yerinə yetirmişdir.

Ötən dövr ərzində "Azneft" İstehsalat Birliyi üçün mürəkkəb konfiqurasiyaya malik müxtəlif nasos hissələri, dəniz neftçiləri üçün bir-neçə komplekt TOPAS-15 və TOPAS-75 markalı bioloji sutəmizləyici qurğu hazırlanaraq, sifarişçilərin ünvanına göndərilmiş, H.Əliyev adına Bakı Neft emalı zavodunun müxtəlif növ istilikdəyişdiricilərinin boru dəstləri və s. təmir olunaraq, neft emalçılarına çatdırılmışdır.

Təmirçilərin ən böyük uğuru isə onların Etilen-polietilen zavodunun "EP-300" kompleksinin kompressorlarından birinin hidroblokları üçün ilk dəfə olaraq kipləşdiricilərin hazırlanma texnologiyasının mənimsənilməsidir. Mexaniki-təmir zavodunda ötən il quraşdırılmış unikal emal dəzgahlarının, o cümlədən kompüter sistemi üzrə işləyən LAQUN dəzgahının istifadəyə verilməsi sayəsində son 10 ildə ilk dəfə olaraq hidroblokun kipləşdiricilərinin hazırlanmasına nail olunmuşdur.

Bütün bu uğurlarla yanaşı, qənaət rejimi üzrə işləyən təmirçilər ilin ilk 6 ayında xeyli miqdarda elektrik enerjisinə qənaət etmiş, əmək məhsuldarlığını yüksəltməyə, məhsul vahidinin maya dəyərinin azaldılmasına nail olmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti