...

Kaxa Kaladze: "Şahdəniz" layihəsinin həyata keçirilməsi Gürcüstana əlavə qaz həcmləri əldə etməyə imkan verəcək

Energetika Materials 17 İyul 2013 16:34 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsinin həyata keçirilməsi təkcə Gürcüstanın iqtisadi artımına deyil, həm də onun tranzitinə görə əlavə qaz həcmlərinin əldə edilməsinə səbəb olacaq.
Kaxa Kaladze: "Şahdəniz" layihəsinin həyata keçirilməsi Gürcüstana əlavə qaz həcmləri əldə etməyə imkan verəcək

Gürcüstan, Tbilisi, 17 iyul /Trend, müxbir N.Kirsxaliya/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsinin həyata keçirilməsi təkcə Gürcüstanın iqtisadi artımına deyil, həm də onun tranzitinə görə əlavə qaz həcmlərinin əldə edilməsinə səbəb olacaq. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi çərçivəsində "Şahdəniz" konsorsiumu Gürcüstan ərazisindəki işlərə əlavə 1 milyard dollar ayıracaq. İşlər Ninotsminda rayonunda aparılacaq.

"Cənubi Qafqaz" qaz kəməri üzrə görülmüş işlər nəticəsində hər il əlavə 16 milyard kubmetr qaz nəql etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti