...

Azərbaycanda beş il ərzində 400 minə yaxın abonent qazla təmin edilib

Energetika Materials 25 İyul 2013 13:38 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən 2009-2013-cü illərdə ölkədə 400 minə yaxın abonenti qazla təmin edilib.
Azərbaycanda beş il ərzində 400 minə yaxın abonent qazla təmin edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən 2009-2013-cü illərdə ölkədə 400 minə yaxın abonenti qazla təmin edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İB-nin rəhbəri Əkbər Hacıyev "Respublika" qəzetinə müsahibəsində deyib.

Hacıyevin sözlərinə görə, İB-nin fəaliyyətinin əsas istiqamətlərindən biri yaşayış məntəqələrinin qazlaşdırılmasıdır: "Xüsusilə qeyd etmək lazımdır ki, "Azəriqaz"ın fəaliyyəti dövründə respublika üzrə 388 mindən artıq yeni abonent qazla təmin edilib".

Onun sözlərinə görə, bu dövrdə cəbhəyanı və sərhədyanı yaşayış məntəqələrinin qazlaşdırılmasına xüsusi diqqət ayrılıb: "Belə ki, Ağdam və Qazax rayonlarının qazlaşdırılması prosesi tam başa çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti