Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir E. İsmayılov/
Təmir işləri ilə əlaqədar iyulun 29-da saat 10:00-dan 18:00-dək "Tovuz" və "Xaçmaz" Qazpaylayıcı stansiyaları, "Pirallahı-Qala" qaz kəmərində, saat 11:00-dan 17:00-dək isə "Xudat" və "Yalama" Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Bu barədə Trend bazar ertəsi "Azəriqaz" İstehsalat Birliyinin saytına istinadən məlumat verir.
Təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Tovuz şəhərinə, Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsinə, Qala qəsəbəsinin Zeytunluq adlanan yaşayış sahəsinə, Dübəndi və Xaşaxuna bağ massivlərinə, həmçinin Gürgan yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.