Azərbaycan, Bakı, 30 avqust /Trend/
"Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir.
Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-ə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənmiş və sahilə çıxarılıb.
Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.