...

“Bulla-dəniz” yatağında qəzanın aradan qaldırılması işləri davam etdirilir

Energetika Materials 31 Avqust 2013 13:30 (UTC +04:00)
ARDNŞ “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 30-da davam etdirib.
“Bulla-dəniz” yatağında qəzanın aradan qaldırılması işləri davam etdirilir

Azərbaycan, Bakı, 31 avqust /Trend /

ARDNŞ "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 30-da davam etdirib.

ARDNŞ-dən Trend-ə daxil olan məlumatda bildirilir ki, Görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 45 faizə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənmiş və sahilə çıxardılıb. Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti