Azərbaycan, Bakı, 1 sentyabr /Trend /
ARDNŞ "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 31-də davam etdirib.
ARDNŞ-dən Trend-ə daxil olan məlumatda bildirilir ki, görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 50 faizə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənmiş və sahilə çıxardılıb. Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.