...

ARDNŞ: Azərbaycan qaz hasilatının həcmini kəskin artırmaq niyyətindədir

Energetika Materials 20 Sentyabr 2013 11:07 (UTC +04:00)
Azərbaycanda laylara vurulan qaz istisna olunmaqla qaz hasilatını 2025-ci ilə qədər 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var.
ARDNŞ: Azərbaycan qaz hasilatının həcmini kəskin artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda laylara vurulan qaz istisna olunmaqla qaz hasilatını 2025-ci ilə qədər 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevin cümə günü "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.

Məqalədə bildirilir ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatı laylara vurulan qaz istisna olunmaqla, 20 milyard kubmetrə çatdırıla bilər.

ARDNŞ rəhbəri bildirib: "Mövcud layihələr üzrə görülən işlər, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir".

"Şahdəniz", "Ümid", "Abşeron" "Babək", "Naxçıvan" və digər strukturların işlənilməsi Azərbaycanda qaz hasilatını kəskin şəkildə artırmağa imkan yaradacaq.

Azərbaycanın sübuta yetirilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti