...

ARDNŞ “Bulla-Dəniz” yatağındakı qəzalı quyuda avadanlıqları dəyişəcək

Energetika Materials 20 Sentyabr 2013 16:08 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respuiblikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-Dəniz” yatağındakı qəzalı quyuda yanan avadanlıqların dəyişdirilməsinə hazırlaşır.
ARDNŞ “Bulla-Dəniz” yatağındakı qəzalı quyuda avadanlıqları dəyişəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmaylov/

ARDNŞ (Azərbaycan Respuiblikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-Dəniz" yatağındakı qəzalı quyuda yanan avadanlıqların dəyişdirilməsinə hazırlaşır. Bu barədə cümə günü Trend-ə açıqlamasında ARDNŞ-in vitse-prezidenti, "Bulla-dəniz" yatağındakı 90 saylı axtarış quyusunda baş vermiş qəzanın aradan qaldırılması üçün yaradılmış komissiyanın sədri Rəhman Qurbanov bildirib.

Onun sözlərinə görə, quyunun söndürülməsi çətin iş deyil. Qəzanın aradan qaldırılması prosesində ən əsası hazırlığın başa çatdırılması, sonra isə quyunun bağlanılmasıdır.

R.Qurbanov vurğulayıb: "Hazırda quyunun ağzında olan bütün avadanlıqların dəyişdirilməsinə hazırlıq işləri görülür".

Onun sözlərinə görə, qəzanın baş verdiyi quyuda təxmini gündəlik debet 2,5 - 3 milyon kubmetr təşkil edir, lakin məlumatları onu kollektora qoşandan sonra dəqiqləşdirmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti