...

Azərbaycan EITI standartlarının tətbiqi üzrə memorandumu yeniləyir

Energetika Materials 26 Sentyabr 2013 13:51 (UTC +04:00)
İlin sonunadək Azərbaycanda Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI) yeni standartlarının tətbiqi üzrə memorandum imzalanacaq.
Azərbaycan EITI standartlarının tətbiqi üzrə memorandumu yeniləyir

Azərbaycan, Bakı, 26 sentyabr/Trend, müxbir E. İsmayılov/

İlin sonunadək Azərbaycanda Mədən Sənayesinin Şəffaflığı Təşəbbüsünün (EITI) yeni standartlarının tətbiqi üzrə memorandum imzalanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sədri Şahmar Mövsümov Azərbaycanın təşəbbüsə qoşulmasının 10 illiyinə həsr edilmiş konfransda deyib.

Memorandum respublikada mədən layihələrinin iştirakçıları və vətəndaş cəmiyyətinin maraqlarının əks etdirilməsini təmin edən qeyri-hökumət təşkilatları ilə imzalanacaq.

Ş. Mövsümovun sözlərinə görə, bu sənədin hazırlanması çərçivəsində xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu oktyabrda memorandumun ilkin variantının hazırlıq işlərini yekunlaşdıracaq.

EITI çərçivəsində yeni standartlar illik hesabatlarda mədən layihələrinin reallaşdırılmasından daxilolmalar və hər bir şirkətin xərcləri haqqında məlumatların əks etdirilməsini nəzərdə tutur.

Ş. Mövsümov qeyd edib ki, yeni standartlara uyğun olaraq, təşəbbüsün iştirakçı şirkətləri xərcləri haqqında daha ətraflı məlumatı mütləq qaydada təqdim edəcəklər.

Azərbaycan 2003-cü ildə EITI prosesinə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti