...

Sabah bir neçə rayonda qaz olmayacaq

Energetika Materials 30 Sentyabr 2013 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq oktyabrın 1-də saat 10:00-dan 18:00-dək "Dəliməmmədli", "Sabunçu ümumi", "Sahil-2" və "Xaçmaz AQPS" ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri aparılan müddətdə Xaçmaz şəhərinə, Goranboy rayonunun bir hissəsinə, eləcə də Bakının Sabunçu rayonunun bəzi ərazilərinə, Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti