Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə iqtisadiyyatı Trans-Anadolu (TANAP) qaz kəməri layihəsinin həyata keçirilməsindən 4 milyard dollar gəlir əldə edəcək. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, TANAP-ın tikintisinin başlanması 2014-cü ilə təsadüf edəcək.
Nazir bildirib ki, layihənin həyata keçirilməsi ölkənin 19 şəhərinin inkişafına yardım edəcək.
Qaz kəmərinin Türkiyə ərazisi vasitəsilə tikintisi layihəsinin həyata keçirilməsi üçün ümumilikdə 1,8 milyon ton polad boru çəkiləcək.