...

"Bulla-dəniz" yatağındakı quyuda fontanın bağlanması istiqamətində işlər sürətləndirilib

Energetika Materials 4 Oktyabr 2013 17:59 (UTC +04:00)
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində aparılan işlər hazırlıq-tamamlama mərhələsinə qədəm qoyub.
"Bulla-dəniz" yatağındakı quyuda fontanın bağlanması istiqamətində işlər sürətləndirilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

"Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın ləğv edilməsi istiqamətində aparılan işlər hazırlıq-tamamlama mərhələsinə qədəm qoyub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyudan açıq fontan nəticəsində çıxan qazın bundan əvvəlki tədbirlər nəticəsində 90% şaquli istiqamətdə yönəldilməsinə baxmayaraq, alov quyuətrafı zonada yüksək temperatur yaratdığı üçün mütəxəssislərin işinə maneçilik törədirdi. Bu problemi aradan qaldırmaq məqsədi ilə ARDNŞ mütəxəsisləri tərəfindən xüsusi tərtibatlı "Venturi" borusu hazırlanıb və fontan quyusunun ağzına otuzdurulub.

Nəticədə quyudan çıxan qazın bütün həcmi boru vasitəsilə tam şaquli istiqamətdə yönəldilib və yanma prosesinin quyu ağzından 12-13 metr hündürlükdə getməsinə nail olunub. Bu da quyu ətrafında fontanla mübarizə aparan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və fontanın bağlanması istiqamətdə hazırlıq-tamamlama işlərinin sürətlə aparılmasına imkan yaradıb.

Hazırda ARDNŞ-nin tikinti-quraşdırma sahəsində ABŞ-dan gətirilmiş su-qum şırnağı kəsici sisteminin quraşdırılması uğurla davam etdirilir. Bu kəsici sistem quyu ağzının sıradan çıxmış flans birləşməsinin təhlükəsiz olaraq kəsilməsinə imkan verəcək. Bundan sonra isə quyu ağzının tam yığılması və qazın nəql sisteminə yönəldilməsi əməliyyatına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti